Ötən gecə Almaniyada son üç atom elektrik stansiyası elektrik şəbəkəsindən ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC telekanalı yayıb.
Mənbə yazır ki, Berlindən fərqli olaraq digər Qərb ölkələri, o cümlədən Fransa nüvə enerjisinə investisiyaları artırır.
Xatırladaq ki, Almaniyadakı bütün atom elektrik stansiyalarının 2022-ci ilə qədər bağlanması qərarı Yaponiyanın zəlzələ və sunami nəticəsində ciddi zədələnmiş Fukusima AES-də baş vermiş qəzadan qısa müddət sonra verilib.
Bir çox almanlar bunu səhv addım hesab edirlər, çünki nüvə stansiyaları kömür, mazut və hətta qaz stansiyalarından daha təmiz və daha ucuzdur.
Ölkənin hakimiyyət orqanları deyirlər ki, qaz anbarları maksimum dərəcədə doldurulub, Rusiya tədarükünü əvəz edəcək mayeləşdirilmiş təbii qazın qəbulu üçün bütün lazımi infrastruktur yaradılıb. Bundan başqa, vitse-kansler, iqtisadiyyat və iqlim naziri və Yaşıllar Partiyasının ştatdankənar sədri Robert Habek bildirib ki, Almaniya 2030-cu ilə qədər elektrik enerjisinin 80%-ni bərpa olunan mənbələrdən istehsal etməlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:20 / 16.04.2023
Almaniyada son üç atom elektrik stansiyası bağlandı
Hazırda oxunan: Almaniyada son üç atom elektrik stansiyası bağlandı
Hazırda oxunan: Almaniyada son üç atom elektrik stansiyası bağlandı
131035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.