Mask və Tramp Krıma dəvət EDİLDİ

Mask və Tramp Krıma dəvət EDİLDİ

Hazırda oxunan: Mask və Tramp Krıma dəvət EDİLDİ

130941

Krım parlamentinin rəhbəri Vladimir Konstantinov ABŞ-nin keçmiş prezidenti Donald Tramp və amerikalı iş adamı İlon Maskı yarımadaya səfərə dəvət edib.

Bizim.Media xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

“Biz İlon Maska hər şeyi yerində görmək üçün dəvət etməyə hazırıq. Əminəm ki, Tramp gəlmək istəsə, onunla görüşəcəyik. Və belə bir səfərdən sonra bir çox məsələlər başqa cür həll olunacaq”.

Qeyd edək ki, oktyabr ayında Mask Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün öz planını təklif edib.

Xüsusilə, o, Krımın Rusiya ərazisi kimi tanınmasını və bu yaxınlarda Rusiyaya qoşulan ərazilərdə BMT-nin nəzarəti altında yenidən referendumların keçirilməsini istəyib. İş adamının açıqlamaları böyük rezonans doğurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO