Xəbər verdiyimiz kimi, Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Kamran Bayramov, Sabir Hacıyev, Razi Nurullayev aprelin 17-də Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcəklər.
Ukrayna tərəfinin dəvəti ilə həyata keçirilən səfər aprelin 21-də başa çatacaq.
Səfərlə bağlı təəssüratlarını bölüşən Milli Məclisin deputatı Rüfət Quliyev Bizim.Media-ya açıqlamasında deputatların səfər çərçivəsində kifayət qədər zəngin proqramlarının olduğunu deyib:
“İlk növbədə Ali Radada görüş nəzərdə tutulub. İkincisi, Kiyevdəki Azərbaycan səfirliyini ziyarət edəcəyik. Ardınca Ulu Öndərin heykəlini ziyarət edəcəyik. Kiyev Milli Universitetinin rektoru ilə görüş də nəzərdə tutulub. Özüm bu universitetin həm məzunu, həm də professoruyam. Daha sonra İrpen şəhərinə gedəcəyik. Burada akademik Zərifə Əliyeva adına park və məktəb var.
Oradakı məktəb və park azərbaycanlı investorların vəsaiti hesabına yenidən təmir olunub.
Çünki müharibə fonunda parkda bəzi problemlər yaranmışdı. Ukraynadakı Azərbaycan diasporu ilə də görüşlər olacaq. Düşünürəm ki, səfərimiz uğurla başa çatacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:30 / 15.04.2023
Millət vəkillərinin Ukraynaya səfərinin DETALLARI – Kiyev rəsmiləri ilə hansı görüşlər keçiriləcək?
Hazırda oxunan: Millət vəkillərinin Ukraynaya səfərinin DETALLARI – Kiyev rəsmiləri ilə hansı görüşlər keçiriləcək?
Hazırda oxunan: Millət vəkillərinin Ukraynaya səfərinin DETALLARI – Kiyev rəsmiləri ilə hansı görüşlər keçiriləcək?
130939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.