Xəbər verdiyimiz kimi Fransanın Konstitusiya Şurası Prezident Emmanuel Makronun pensiya yaşını yüksəltmək planını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, qərardan sonra pensiya islahatına qarşı irimiqyaslı etirazlar yenidən başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Fransada ARA QARIŞACAQ: Makronun pensiya islahatı təsdiqləndi
Belə ki, təqaüd yaşının 64-ə qaldırılmasına etiraz edən minlərlə insan Paris və Fransanın digər şəhərlərində küçələrə çıxıb. Bütün ölkə boyu, o cümlədən Parisin əsas küçələrində nümayişlər keçirilir.
Bizim.Media