Rusiya bu ölkəyə 2,6 milyon dozalıq Sputnik V peyvəndi satdı

Rusiya bu ölkəyə 2,6 milyon dozalıq Sputnik V peyvəndi satdı

Hazırda oxunan: Rusiya bu ölkəyə 2,6 milyon dozalıq Sputnik V peyvəndi satdı

130796
Rusiya və Boliviya arasında peyvənd alış-verişi ilə bağlı müqavilə imzalanıb. 
 
Sfera.az xəbər verir ki, müqaviləyə əsasən Rusiya Boliviyaya 2.6 milyon nəfərlik Sputnik V peyvəndi satıb. 

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) icraçı direktoru Kirill Dmitriev Rusiya peyvəndinin üstünlüklərindən danışıb və Boliviyaya ümumilikdə, 5.2 milyon dozalıq peyvənd satılacağını deyib.

Boliviya prezidenti Luis Arse Katakora isə sosial şəbəkədəki hesablarında bununla da əhalinin 80%-nin peyvəndlə təmin olunacağını yazıb. 
Prezident vaksinin könüllülük əsasında və pulsuz olacağını da xatırladıb. 
 
Qeyd edək ki, Boliviyada indiyə kimi əhalinin bir hissəsinə Covax peyvəndi vurulub.

Ülvi
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO