Mini ətəklərin yaradıcısı VƏFAT ETDİ - FOTO

Mini ətəklərin yaradıcısı VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: Mini ətəklərin yaradıcısı VƏFAT ETDİ - FOTO

130661

Xanımların vazkeçilməzi olan qısa (mini) ətəklərin yaradıcısı britaniyalı dizayner Meri Kuant 93 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə onun ailə üzvləri PA agentliyinə məlumat veriblər. 

Məlumata görə, Kuant bu səhər Surrey qraflığındakı evində vəfat edib. 

Modelyerin geyimləri məşhur simalar, o cümlədən model Jin Şrimpton, fotoqraf və model Patti Boyd, Cilla Blək və Tviggy tərəfindən populyarlaşıb. 

Onun ölüm xəbərindən sarsılan məşhurlar Kuantı  "əsl dəb simvolu" olaraq xatırlayacaqlarını qeyd ediblər. 

1966-cı ildə Kuant Britaniya İmperiyasının ordeni ilə təltif edilib. Qısa ətək əbədi olaraq onun üslubunun ticarət nişanına çevrilsə də, Londonun Viktoriya və Albert Muzeyi öz saytında bu qadın geyiminin yaradılmasında konkret bir şəxsə işarə edə biləcək “qənaətbəxş sübutların” olmadığını etiraf edib.

2021-ci ildə britaniyalı kinorejissor Sedi Frost dizaynerin həyatından bəhs edən “Meri Kuant: miniinqilab” adlı sənədli film çəkib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO