Bu ölkədə bir hadisə nəticəsində 18 min baş inək məhv oldu

Bu ölkədə bir hadisə nəticəsində 18 min baş inək məhv oldu

Hazırda oxunan: Bu ölkədə bir hadisə nəticəsində 18 min baş inək məhv oldu

130585

ABŞ-ın Texas ştatında yerləşən süd zavodlarının birində güclü partlayış baş verib. 

Bizim.Media bu ölkənin mətbuatına istinadən bildirir ki, partlayışdan sonra baş verən yanğında bir nəfər ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Verilən məlumata görə yanğın zamanı 18 min baş inək tələf olub. 

Dimmit şəhərinin meri Rocer Malone hadisəni faciə adlandırıb. “Əvvəllər belə bir şey olmayıb, bu, faciədir”-deyə o bildirib. 

ABŞ-da heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan mərkəzin məlumatına görə sözügedən hadisə ölkə tarixində kütləvi inək ölümü ilə nəticələnən ən böyük hadisədir. 

Xatırladaq ki, 2020-ci ildə Nyu Yorkda süd zavodunda baş verən yanğın zamanı 400 baş inək tələf olmuşdu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO