Norveç XİN Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
Bizim.Media Norveç XİN rəsmi saytına istinadən xəbər verir ki, bunu krallığın xarici işlər naziri Anniken Huitfeldt bildirib.
Nazir qeyd edib ki, haqqında sözügedən 15 nəfər öz diplomatik statuslarına uyğun olmayan kəşfiyyatçılıq fəaliyyətləri ilə məşğul olublar.
“Norveç hökumətinin bu qərarı Avropada təhlükəsizliklə bağlı dəyişmiş vəziyyətə uyğun olaraq, Rusiyadan gələn kəşfiyyat təhlükəsinin artmasına qarşı cavabdır. Bu ciddi addım Norveçdə Rusiya kəşfiyyatının fəaliyyətinin qarşısının alınması və onun təhlükəsinin aradan qaldırılması, bununla da milli maraqlarımızın qorunması istiqamətində atılıb”_ deyə nazir bildirib.
XİN rəhbəri də onu de qeyd edib ki, həmin şəxslər tezliklə Norveçi tərk etməlidirlər.
Anniken Huitfeldt onu da əlavə edib ki, Norveçə gəlmək istəyən Rusiya diplomatlarına viza verilməyəcək, çünki hazırda ölkəsi üçün ən böyük kəşfiyyat təhlükəsi Rusiyadır:
“Biz rus kəşfiyyatçılarının Norveçdə diplomatik pərdə altında fəaliyyət göstərməsinə icazə verməyəcəyik”, - o deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:48 / 13.04.2023
Rusiyanın Norveçdəki səfirliyinin 15 əməkdaşı “arzuolunmaz şəxs” elan EDİLDİ
Hazırda oxunan: Rusiyanın Norveçdəki səfirliyinin 15 əməkdaşı “arzuolunmaz şəxs” elan EDİLDİ
Hazırda oxunan: Rusiyanın Norveçdəki səfirliyinin 15 əməkdaşı “arzuolunmaz şəxs” elan EDİLDİ
130556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.