Rusiyanın Ukraynadakı itkiləri 110 minə YAXINDIR

Rusiyanın Ukraynadakı itkiləri 110 minə YAXINDIR

Hazırda oxunan: Rusiyanın Ukraynadakı itkiləri 110 minə YAXINDIR

130533

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin Müdafiə Nazirliyini “Ukraynadakı itkilərini gizlətməkdə” ittiham edib.

Bizim.Media "New York Times"ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının sızdırılmış sənədlərində qeyd olunub.

Nəşrin məlumatına görə, sənədlərə əsasən FTX iddia edib ki, ölənlərin və yaralananların rəsmi sayına Rusiya Milli Qvardiyasının, "Vaqner" qruplaşmasının və Çeçenistan Respublikasının lideri Ramzan Kadırovun göndərdiyi hərbçilər daxil edilməyib.
28 fevral tarixli bir sənəddən çıxarışda deyilir ki, FTX bunu "hərbi məmurların rəhbərliyə pis xəbərləri çatdırmaqda davam edən istəksizliyi" ilə əlaqələndirib.

"New York Times" nəşri bildirib ki, Rusiyanın əsas xüsusi xidmət orqanı "hərbi əməliyyatlarda yaralanan və öldürülən rusların faktiki sayının 110 000-ə yaxın olduğunu hesablayıb".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada müharibədə ölən rus hərbçilərinin sayını sonuncu dəfə ötən ilin sentyabrında açıqlayıb. O zaman müdafiə naziri Sergey Şoyqun müharibə başlayandan bəri (2022-ci ilin fevralından sentyabrınadək) 5 937 rus əsgərinin öldürüldüyünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO