Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi - Başsağlığı verdi

Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi - Başsağlığı verdi

Hazırda oxunan: Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi - Başsağlığı verdi

130345

Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, telefon danışığı zamanı Mövlud Çavuşoğlu 11 aprel tarixində Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Nazir Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO