Avropa İttifaqının missiyası Dığ kəndinə getməkdən imtina edib - FOTO 

Avropa İttifaqının missiyası Dığ kəndinə getməkdən imtina edib - FOTO 

Hazırda oxunan: Avropa İttifaqının missiyası Dığ kəndinə getməkdən imtina edib - FOTO 

130324

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) dünən yarım gün ərzində Avropa İttifaqının (Aİ) müşahidə missiyasının komandiri Markus Ritteri Dığ (Tex) kəndi istiqamətindəki erməni mövqelərinə getməsi üçün dilə tutub.

Bizim.Media xəbər verir ki, bu barədə ermənilərə məxsus Telegram kanalları yazıb.

Mənbə qeyd edir ki, Aİ missiyası hətta erməni hərbçilərin müşayiəti ilə belə kəndə getməyib. 

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO