Türkiyədə kürdyönlü partiya ləğv ediləcək - Konstitusiya Məhkəməsi tapşırıq verdi

Türkiyədə kürdyönlü partiya ləğv ediləcək - Konstitusiya Məhkəməsi tapşırıq verdi

Hazırda oxunan: Türkiyədə kürdyönlü partiya ləğv ediləcək - Konstitusiya Məhkəməsi tapşırıq verdi

130167

Türkiyə Konstitusiya Məhkəməsi (KM) kürd yönümlü Xalqların Demokratiya Partiyasının (HDP) ləğvi ilə bağlı iş üzrə hesabat hazırlamağı tapşırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Habertürk telekanalı yayıb.

Mənbə yazır ki, partiya nümayəndələri aprelin 11-də keçirilən prosesdə çıxış etməli idilər. Ancaq onlar şifahi müdafiədən imtina ediblər. Nəticədə məhkəmə partiyanın bu istəyini nəzərə alıb.

Bundan əvvəl HDP mayın 14-də Türkiyədə keçiriləcək parlament seçkilərində iştirak edə bilmək üçün Konstitusiya Məhkəməsindən müdafiəsinin elan olunma tarixini təxirə salmağı xahiş etmişdi. 

Martın 22-də keçirilən iclasda məhkəmə tərəfin bu vəsatətini təmin etməyib. 

Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi nümayəndələrinin üçdə ikisi HDP-nin ləğvi ilə bağlı qərarın lehinə səs verərsə, qərar qəbul edilmiş sayılacaq.

Xatırladaq ki, HDP-nin ləğvi ilə bağlı iş Türkiyə Baş Prokurorluğu tərəfindən 2021-ci ildə başlayıb. Partiya “separatçı fəaliyyət”də və ölkədə  qadağan olunan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO