Ərdoğan Pasxa münasibətilə xristianları TƏBRİK ETDİ 

Ərdoğan Pasxa münasibətilə xristianları TƏBRİK ETDİ 

Hazırda oxunan: Ərdoğan Pasxa münasibətilə xristianları TƏBRİK ETDİ 

130025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pasxa bayramı münasibətilə xristianlara təbrik ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. 

“Keçmiş zamanlardan bu günümüzə qədər fərqli inanclar, mədəniyyətlər və adət-ənənələr sülh və əmin-amanlıq içində, azad şəkildə Anadolu torpaqlarında yaşayır. Bu birlik, həmrəylik və qardaşlıq xüsusiyyətlərimizi yaşatmağa davam edirik. 

Türkiyə Cümhuriyyəti olaraq hər bir vətəndaşımızı bu böyük millətin müstəsna sərvəti kimi görürük. Hamımız birlikdə daha güclü və firavan gələcəyə doğru çiyin-çiyinə addımlayırıq. Pasxa bayramı münasibətilə xristian vətəndaşlarımıza və bütün xristianlara firavanlıq arzu edirəm”, - deyə Ərdoğan qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO