Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Moldova arasında əlaqələrin iki ölkənin dövlət başçılarının qarşılıqlı səyləri ilə daim inkişaf etməkdə olduğunu vurğulayıb.
O, həmkarı Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin sosial sahədə əlaqələrin genişlənməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Ötən ilin oktyabr ayında iki nazirlik arasında imzalanan əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri, ölkəmizdə aparılan ardıcıl və genişmiqyaslı sosial islahatlar, son beş ildə əldə olunan sosial uğurlar barədə məlumat verilib.
DOST konsepsiyası, dövlət sosial xidmətlərinin avtomatlaşdırılması və proaktiv formada təqdim olunması sahəsində ölkəmizin uğurlu təcrübəsi və cari islahatlar gündəliyi qeyd olunub. Sosial xidmətlərin vahid platformadan və e-qaydada göstərilməsi praktikasının Moldovada tətbiqi və digər sahələrlə bağlı təcrübəmizi bölüşməyə hazır olduğumuz diqqətə çatdırılıb.
Aleksey Buzu ölkəmizə səfərindən məmnunluğunu, Moldova ilə Azərbaycan arasında əlaqələrin daim genişlənməkdə olduğunu, sosial sahədə əməkdaşlığın da inkişaf etməsi üçün səylərin göstərildiyini bildirib.
O, geniş sosial islahatların həyata keçirildiyi ölkəmizlə bu sahədə fəal təcrübə mübadiləsinə, habelə sosial xidmətlərin vahid platformadan və avtomatlaşdırılmış qaydada göstərilməsi sahəsində ölkəmizin təcrübəsinin öyrənilərək tətbiqinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb.
Görüşün yekunu olaraq Sahil Babayev və Aleksey Buzu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərdə görüləcək işləri əhatə edən Fəaliyyət Planı imzalayıblar.
Sənəddə DOST mərkəzləri modelinin Moldovada tətbiqi perspektivinin dəyərləndirilməsi üçün ekspertlərdən ibarət birgə işçi qrupun yaradılması və fəaliyyətinin təşkili, sosial xidmətlərin, habelə əməyin təftişi proseslərinin rəqəmsallaşdırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının artırılması, pensiya təminatı və sosial müavinətlər, sosial xidmətlər, əlillik, reabilitasiya və s. sahələrdə bilik və qabaqcıl təcrübələrin mübadiləsi çərçivəsində ikitərəfli müzakirələrin aparılması əksini tapıb.
Nazirlər keçirdikləri brifinqdə yeni imzalanan sənədin iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsində mühüm rol oynayacağına əminliklərini bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:34 / 10.04.2023
Azərbaycan və Moldova arasında sosial sahədə əməkdaşlığa dair Fəaliyyət Planı İMZALANDI - FOTO
Hazırda oxunan: Azərbaycan və Moldova arasında sosial sahədə əməkdaşlığa dair Fəaliyyət Planı İMZALANDI - FOTO
Hazırda oxunan: Azərbaycan və Moldova arasında sosial sahədə əməkdaşlığa dair Fəaliyyət Planı İMZALANDI - FOTO
129989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.