ABŞ dövlət katibi Entoni Blinken və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında bildirilir.
"Dövlət katibi və Şeyx Abdullah ikitərəfli və beynəlxalq mövzuları müzakirə ediblər... Dövlət katibi Blinken dini bayramlarda regionda sülhə çağırışı edib, israillilərlə fələstinlilər arasında gərginliyin azaldılmasının vacibliyini vurğulayıb", - deyə açıqlamada deyilir.
Bildirilir ki, "ABŞ regional təhlükəsizlik, sabitlik və rifahı necə inkişaf etdirməklə bağlı tərəfdaşları ilə yaxından məsləhətləşməyə davam edəcək".
Qeyd edək ki, telefon danışığı ötən gün baş tutub, lakin bu barədə mətbuata açıqlama bu gün verilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
04:40 / 10.04.2023
Blinken BƏƏ-nin xarici işlər naziri ilə telefonda nəyi müzakirə edib?
Hazırda oxunan: Blinken BƏƏ-nin xarici işlər naziri ilə telefonda nəyi müzakirə edib?
Hazırda oxunan: Blinken BƏƏ-nin xarici işlər naziri ilə telefonda nəyi müzakirə edib?
129804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.