İsrail qırıcıları Suriyadakı hərbi obyektlərə zərbələr endirdi

İsrail qırıcıları Suriyadakı hərbi obyektlərə zərbələr endirdi

Hazırda oxunan: İsrail qırıcıları Suriyadakı hərbi obyektlərə zərbələr endirdi

129731

Bazar günü İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyada hərbi kompleksə, radar sistemlərinə və artilleriya postlarına zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən məlumat verilib.

"Bir müddət əvvəl İsrail ordusuna məxsus qırıcı təyyarələr Suriya ərazisindəki hədəfləri, o cümlədən Suriya silahlı qüvvələrinin dördüncü diviziyasının hərbi kompleksini, hərbi radar sistemlərini və Suriya silahlı qüvvələrinin istifadə etdiyi artilleriya postlarına zərbələr endirib", - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, Suriya “öz ərazisində baş verən bütün hərəkətlərə görə” məsuliyyət daşıyır və İsrail ordusu “İsrailin suverenliyinin pozulması üçün atılan heç bir addıma imkan verməyəcək”.

Xatırladaq ki, daha əvvəl Suriya ərazisindən İsrail ərazisinə 6 ədəd raketin atıldığı bildirilirdi.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO