Ukrayna ordusu növbəti dəfə Rusiyanın planlarını alt-üst etdi

Ukrayna ordusu növbəti dəfə Rusiyanın planlarını alt-üst etdi

Hazırda oxunan: Ukrayna ordusu növbəti dəfə Rusiyanın planlarını alt-üst etdi

129729

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri növbəti dəfə Rusiya ordusunun planlarını alt-üst edib və Limansk, Baxmutsk, Avdeyevsk və Maryinsk istiqamətlərində hücum əməliyyatlarının həyata keçirilməsinin qarşısını alıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RBK-Ukrayna nəşri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yayıb.

“Son 24 saat ərzində hərbçilərimizin cəsarəti sayəsində göstərilən istiqamətlərdə düşmənin 50-dən çox hücumu dəf edilib”, - Baş Qərargahdan bildirilib.

Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 12 zərbə endirib. Həmçinin 2 “Supercam”, 6 “Orlan-10” və 6 “Zala” PUA-ları vurulub.
Raket və artilleriya bölmələri canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 2 ərazini, 1 sursat qatarını, hava hücumundan müdafiə texnikasının 1 mövqeyini və düşmənin 5 elektron döyüş stansiyasını vurub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO