Hindistan Prezidenti yerli istehsal olan qırıcı təyyarədə UÇUŞ EDİB

Hindistan Prezidenti yerli istehsal olan qırıcı təyyarədə UÇUŞ EDİB

Hazırda oxunan: Hindistan Prezidenti yerli istehsal olan qırıcı təyyarədə UÇUŞ EDİB

129709

Hindistan Prezidenti Draupadi Murmu ölkəsində Rusiya lisenziyası ilə istehsal edilən Su-30MKİ qırıcı təyyarəsində yarım saatlıq uçuş həyata keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası tərəfindən dərc olunan press-relizdə deyilir. 

Məlumata görə, Su-30MKİ qırıcısı Hindistan Hərbi Hava Qüvvələrinin Assam ştatındakı Tezpur bazasından havaya qalxıb. Kapitan Navin Kumarın idarə etdiyi təyyarə dəniz səviyyəsindən iki kilometr hündürlükdə saatda 800 kilometr sürətlə uçub.

Draupadi Murmu Hindistanın bu tip qırıcı təyyarədə uçan ikinci qadın prezidentidir. Bundan öncə 2009-cu ildə prezident Pratibha Patil də analoji uçuşu ilə yadda qalmışdı. 

Qeyd edək ki, Hindustan Aeronautics Limited korporasiyası Rusiyanın lisenziyası əsasında çoxməqsədli Su-30MKİ qırıcılarının istehsalı ilə məşğul olur. Hazırda ölkənin silahlı qüvvələri bu tip 270 təyyarəyə sahibdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO