İsrail Ukraynaya hava təhlükəsi xəbərdarlığı sistemi GÖNDƏRİR

İsrail Ukraynaya hava təhlükəsi xəbərdarlığı sistemi GÖNDƏRİR

Hazırda oxunan: İsrail Ukraynaya hava təhlükəsi xəbərdarlığı sistemi GÖNDƏRİR

129673

İsrail tərəfinin Ukraynaya ötürmək niyyətində olduğu “Tzeva Adom” hava təhlükəsi xəbərdarlığı sistemi dörd ay ərzində ölkədə quraşdırılacaq. yerləşdiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun ehtiyatda olan mayoru Viktor Vertsner TSN telekanalına müsahibəsində məlumat verib. 

O bildirib ki, ilkin mərhələdə bu sistemlər Kiyevi əhatə edəcək:

“Bu sistem radarlar ilə koordinasiyalı şəkildə işləyir. O, raketlərin trayektoriyasını hesablayır və onun uçuş istiqamətində bir neçə bölgəyə deyil, məhz getdiyi yerə xəbərdarlıq siqnalını verir”. 

Bildirilib ki, yeni sistem bu gün Ukraynanın hava hücumundan müdafiəsi üçün təhlükəyə çevrilən S-300, S-400-ləri aşkarlaya biləcək. Bundan əlavə, mobil proqram vasitəsilə sistem insanlara bomba sığınacağına getmək üçün nə qədər vaxt lazım olduğunu bildirəcək. 
Qeyd edilir ki, sistem Qəzza zolağı ilə sərhəddə effektivliyini uğurla sübut edib.  Düşmənin raket buraxılışını aşkar etdikdən sonra Tzeva Adom avtomatik olaraq yaxınlıqdakı şəhərlərdə, kəndlərdə və hərbi obyektlərdə ictimai xəbərdarlıq cihazlarını işə salır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO