Azərbaycan qazının Avropaya nəqlində YENİ DÖNƏM 

Azərbaycan qazının Avropaya nəqlində YENİ DÖNƏM 

Hazırda oxunan: Azərbaycan qazının Avropaya nəqlində YENİ DÖNƏM 

129644

Türkiyənin BOTAŞ və Azərbaycanın SOCAR dövlət şirkətləri Avropaya qaz satmaq üçün birgə şirkət yaradıblar. 

Bizim.Media “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. 

O qeyd edib ki, Azərbaycan Türkiyənin bölgədə qaz ixracatı mərkəzinə çevrilməsini dəstəkləyir. 

“Balkan ölkələri bizdən və Azərbaycandan qaz tələb edir. Bu məsələ ilə bağlı birlikdə hərəkət edəcəyik. Xəzər ətrafındakı ölkələrin demək olar ki, hamısı qaz ehtiyatları olan ölkələrdir. Biz Xəzərin şərqindəki ehtiyatları Xəzərin qərbinə çatdırmaq üzərində işləyirik”, - deyə o vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO