Çin aprelin 10-da Tayvan yaxınlığında hərbi təlimlər keçirəcək

Çin aprelin 10-da Tayvan yaxınlığında hərbi təlimlər keçirəcək

Hazırda oxunan: Çin aprelin 10-da Tayvan yaxınlığında hərbi təlimlər keçirəcək

129572

Çin ordusu aprelin 10-da Tayvan adasının təxminən 130 kilometrliyində döyüş atəşləri ilə müşayiət olunacaq təlim keçirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” Futszyan əyalətinin dəniz administrasiyasının bəyanatına istinadən məlumat yayıb. 

Məlumata görə, təlimlər Tayvan lideri Tsay İnvenin Kaliforniyada ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşündən 5 gün sonra baş tutacaq. 

Hərbi təlimlər yerli vaxtla saat 07:00-dan 20:00-dək Tayvan boğazında, Pintan mahalı yaxınlığında keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO