Rusiya ordusu Ukraynaya 53 raket zərbəsi ENDİRDİ

Rusiya ordusu Ukraynaya 53 raket zərbəsi ENDİRDİ

Hazırda oxunan: Rusiya ordusu Ukraynaya 53 raket zərbəsi ENDİRDİ

129391

Son sutka ərzində Rusiya ordusu Ukraynanın mülki infrastrukturuna 53 raket zərbəsi endirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, rus qoşunları əsas səylərini Liman, Baxmut, Avdiivka və Marin istiqamətlərinə yönəldib:

“Son sutka ərzində bu istiqamətdə düşmənin 40-dan çox hücumu dəf edilib. Rusiya Belarusun hava məkanından istifadə edir. Baxmut istiqamətində düşmən hücum hərəkətlərini davam etdirir. Rusiya ordusu Baxmut şəhərini tam nəzarətə götürməyə çalışır. Şəhərdə şiddətli döyüşlər davam edir”. 

Baş Qərargahın informasiyasına görə, Zaporojye və Xerson istiqamətində düşmən yeni müdafiə xətləri yaradır, yeni istehkamlar qurur. 

Məlumata görə, son sutka ərzində Ukrayna ordusunun Hərbi Hava Qüvvələri işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi 6 əraziyə zərbələr endirib:

“Bundan başqa, müdafiəçilərimiz müxtəlif təyinatlı 3 PUA-nı (“Orlan-10”, “Supercam” və “Lanset-3”), həmçinin 3 modifikasiya edilmiş aviasiya bombasını məhv ediblər. Eyni zamanda, raket qoşunları və artilleriya bölmələri düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 rayona, 2 yanacaq-sürtkü materialları anbarına və düşmənin elektron döyüş məntəqəsinə zərbələr endirib”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO