"İsveç iyul ayına qədər Şimali Atlantika Alyansının üzvü ola bilər".
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “Euronews” telekanalında çıxışında bildirib.
"Mən əminəm ki, bu, tezliklə baş verəcək" - Blinken deyib.
O, iddia edib ki, İsveç iyulda Vilnüsdə keçiriləcək sammit zamanı NATO-ya daxil olacaq.
Bizim.Media