BMT İsraili qınadı: Namaza toplaşan fələstinliləri...

BMT İsraili qınadı: Namaza toplaşan fələstinliləri...

Hazırda oxunan: BMT İsraili qınadı: Namaza toplaşan fələstinliləri...

129336

“İsrail təhlükəsizlik qüvvələrinin Qüdsdəki Əl-Əqsa məscidində fələstinlilərə qarşı başlatdığı əməliyyatları qəti şəkildə qınayırıq”. 

Bizim.Media xəbər verir ki, bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albaneze bildirib. 

“Fələstinli müsəlmanlar Əl-Əqsa məscidinə daxil olmaq hüququndan istifadə edərək Ramazan duası üçün toplaşarkən, İsrail hakimiyyəti onlara qarşı açıq-aşkar və əsassız güc tətbiq edib.

Nəticədə ən azı 31 fələstinli binanın içərisində və xaricində yaralanıb”, - deyə o qeyd edib. 

Albaneze həkimlərin yaralılara tibbi yardım göstərməsinə icazə verilmədiyini iddia edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO