ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq etdi - İlk dəfə 

ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq etdi - İlk dəfə 

Hazırda oxunan: ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq etdi - İlk dəfə 

129278

Dörd nüfuzlu gürcü hakiminə ABŞ-a giriş qadağan edilib. Onlar hakimiyyətin xeyrinə siyasi qərarlar verməkdə ittiham olunur.

Bizim.Media “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

ABŞ Xarici İşlər Nazirliyi viza sanksiyalarına məruz qalan hakimlərin adlarını açıqlayıb: Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadze.

Sadalanan hakimlər, eləcə də onların ailə üzvləri (həyat yoldaşları və uşaqları) ABŞ vizası ala bilməyəcəklər. Üstəlik, qərarın müddətsiz verildiyi deyilir.

Nüfuzlu gürcü QHT-lərinin hesabatlarında Çinçaladze, Murusidze, Şengeliya və Tsertsvadze tez-tez hakim “Gürcü Arzusu” partiyasının xeyrinə fəaliyyət göstərən “məhkəmə klanının liderləri” kimi göstərilib. Dövlət Departamenti təkcə bu hesabatları deyil, həm də “açıq mənbələrdən gələn müxtəlif məlumatları” əsas götürüb.
ABŞ-ın sanksiyaları Gürcüstanda qalmaqala səbəb olub. Bu, ABŞ-Gürcüstan münasibətləri tarixində ilkdir.

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze İmedi telekanalına açıqlamasında ABŞ-ın dövlət katibi Entoni Blinkeni korrupsiyada ittiham edib: “Bu kağızı korrupsiya sxemindən istifadə edərək ona imzalatdırıblar".

Çərşənbə günü axşam xüsusi brifinqdə Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasının rəhbəri Levan Xabeişvili hakimiyyətin əleyhdarlarını aprelin 9-da ümummilli mitinq üçün toplaşmağa çağırıb.

O, ABŞ sanksiyalarının tətbiqindən sonra ölkənin dinc inqilaba və hakimiyyət dəyişikliyinə hazırlaşmalı olduğuna eyham vurub. Xabeişvilinin sözlərinə görə, sanksiyaların əsas səbəbi müxalifət və QHT-lərin siyasi məhbus hesab etdiyi eks-prezident Mixail Saakaşvili və media meneceri Nika Qvaramiyanın həbsi olub.
Sanksiyaya məruz qalan hakimlərdən biri, “məhkəmə klanının lideri” hesab edilən Levan Murusidze bütün korrupsiya ittihamlarını rədd edərək, babasının heç vaxt Amerikaya getmədiyini, buna baxmayaraq, kişi kimi yaşadığını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO