Emmanuel Makron çinli həmkarı ilə görüşdü - VİDEO

Emmanuel Makron çinli həmkarı ilə görüşdü - VİDEO

Hazırda oxunan: Emmanuel Makron çinli həmkarı ilə görüşdü - VİDEO

129244

Fransa Prezidenti Emmanuel Makron Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb.

Bizim.Media "France24"ə istinadən xəbər verir ki, görüş Fransa Prezidentinin Pekinə səfəri çərçivəsində baş tutub.

ÇXR sədri Si Cinpin və Fransa Prezidenti Emmanuel Makron iki ölkənin bayraqları düzülmüş nəhəng qırmızı xalçadan keçiblər və ölkələrin dövlət himnləri səsləndirilib.

Çin mediası tərəflər arasında geniştərkibli görüşün keçirilməsi barədə məlumat yayıb.

Makron və Cinpin arasında danışıqlarından sonra liderlər mətbuata açıqlama verəcək, ardınca Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə üçtərəfli görüş və rəsmi şam yeməyi olacaq.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO