Rüstəm Muradov Ukraynada komandanlıqdan niyə qovulub?

Rüstəm Muradov Ukraynada komandanlıqdan niyə qovulub?

Hazırda oxunan: Rüstəm Muradov Ukraynada komandanlıqdan niyə qovulub?

129240

"Rusiya ordusu Donbasda istədiyinə nail ola bilmir.  Bu baxımdan  rus generallarının işdən çıxarılması prosesi sürətlənəcək".

Bizim.Media xəbər verir ki, informasiya Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında yer alıb.

Mənbə xatırladır ki, general-polkovnik Rüstəm Muradov Ukraynadakı Şərqi Qüvvələr Qrupunun (ŞQV) komandanı vəzifəsindən azad edilib.

Britaniya kəşfiyyatının məlumatına görə, Muradovun komandanlığı altında olan ŞQV son aylarda olduqca böyük itkilər verib, çünki düşünülməmiş hücumlar dəfələrlə Donetsk vilayətinin Uqledar şəhərinin ələ keçirilməsinə mane olub. 

Əməliyyatlar müxtəlif rus şərhçiləri, o cümlədən Muradovun şəxsi qoşunları tərəfindən kəskin ictimai qınağa səbəb olub. 

Yeri gəlmişkən, rus ordusunun Kiyevə uğursuz hücumdan sonra Muradov bu vəzifəyə gətirilmişdi.

"Hazırda o, 2023-cü ildə vəzifəsindən uzaqlaşdırılan ən yüksək rütbəli rus hərbçisidir, lakin Rusiya Donbasda hələ də öz məqsədlərinə nail ola bilmədiyi üçün çox güman ki, belə xəbərlər çox olacaq", - Britaniya Müdafiə Nazirliyi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO