Türkiyə hava məkanını BAĞLADI – SƏBƏB 

Türkiyə hava məkanını BAĞLADI – SƏBƏB 

Hazırda oxunan: Türkiyə hava məkanını BAĞLADI – SƏBƏB 

129143

Türkiyə hava məkanı İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanından eniş və ya uçuş üçün istifadə ediləcək təyyarələrin istifadəsinə bağlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, diplomat Tanju Bilgiç yayıb. 

O qeyd edib ki, qərar PKK terror təşkilatının Süleymaniyyədəki fəaliyyətinin güclənməsi, terror təşkilatının hava limanına nüfuz etməsi və bununla da uçuş təhlükəsizliyi ilə bağlı təhdidlərin yaranması çərçivəsində verilib:   

“Qərarın ilkin mərhələdə 3 iyul 2023-cü ilə qədər qüvvədə olması gözlənilir. Qeyd olunan tarixə qədər hadisələr yaxından izləniləcək və bundan sonra qərar yenidən nəzərdən keçiriləcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO