Keçmiş sevgilisi gəlinə “hədiyyə” göndərdi, toy yasa döndü – FOTO 

Keçmiş sevgilisi gəlinə “hədiyyə” göndərdi, toy yasa döndü – FOTO 

Hazırda oxunan: Keçmiş sevgilisi gəlinə “hədiyyə” göndərdi, toy yasa döndü – FOTO 

129099

Toy evində baş verən partlayış nəticəsində ev darmadağın olub, bəy və qardaşı həyatını itirib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanda baş verib. 

Belə ki, gəlinin əvvəlki əri toy günü evlənən cütlüyə toy hədiyyəsi olaraq ev kinoteatrı göndərib. Toy evində hədiyə bağlaması açılan zaman güclü partlayış olub. Nəticədə ev dağılıb, iki nəfər ölüb, biri 18 aylıq körpə olmaqla 4 nəfər yaralanıb.

Hadisə ilə bağlı ilkin araşdırmalar zamanı məlum olub ki, gəlinin keçmiş sevgilisi 33 yaşlı Sarju Markamın 29 yaşlı gəlinlə keçmişdə münasibətdə olduğunu iddia edərək, onun ikinci həyat yoldaşı olmasını istəyib.

Gəlinin ailəsi bu evliliyə razı olmayıb. Bunu həzm edə bilməyən keçmiş sevgili isə içərisinə partlayıcı yerləşdirilmiş hədiyyəni toy evinə göndərmək qərarına gəlib. 

İstintaq çərçivəsində keçmiş sevgili şübhəli şəxs qismində həbs edilib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO