Ərdoğandan “Bu “Togg” mənimdir” deyən xanımına maraqlı cavab - FOTO/VİDEO

Ərdoğandan “Bu “Togg” mənimdir” deyən xanımına maraqlı cavab - FOTO/VİDEO

Hazırda oxunan: Ərdoğandan “Bu “Togg” mənimdir” deyən xanımına maraqlı cavab - FOTO/VİDEO

129007

Xəbər verdiyimiz kimi, Türkiyənin "Togg" adlı avtomobili ilk olaraq Ərdoğan ailəsinə təqdim edilib. Prezident Ərdoğanın "Togg"u sürdüyü anların görüntüləri maraqla qarşılanıb.

Kadrlarda Əminə Ərdoğanın "Maşın mənimdir" deməsindən sonra prezident Ərdoğan "Hazırda kapitan mənəm, kapitanı izləyəcəksən. Maşının sənin olması önəmli deyil, önəmli sükan arxasında kimin olmasıdır" cavabını verib. 
 

Bizim.Media xatırladır ki, Prezident Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğana məxsus 34 EE 2071 nömrəli "Anadolu" rəngli "Togg"u Prezident İqamətgahı ətrafında sürüb.

"Togg"un CEO-su Gürcan Karakaş Ərdoğan cütlüyünə avtomobilin xüsusiyyətləri və istehsal olunacaq digər modellər haqqında məlumat verib.

Prezident Ərdoğanın "Türk sənət musiqisini harada dinləyəcəyik?" sualına Karakaş avtomobilin zavoddan yenicə çıxdığını və hələ yükləmə edilmədiyini bildirib.

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə veriləcək avtomobillə bağlı sual verəndə Gürcan Karakaş eyni modelin İlham Əliyevə göndərildiyini deyib.

Əminə Ərdoğan avtomobilin istehsalında əməyi keçənlərə təşəkkür edib. Ərdoğan cütlüyünü sənaye və texnologiya naziri Mustafa Varank müşayiət edib.
 






Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO