Pentaqon Kiyevə yeni hərbi yardım paketi ayırdı

Pentaqon Kiyevə yeni hərbi yardım paketi ayırdı

Hazırda oxunan: Pentaqon Kiyevə yeni hərbi yardım paketi ayırdı

128977

ABŞ-ın Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.

“Müdafiə Nazirliyi Ukrayna üçün yeni kritik təhlükəsizlik yardımı elan edib”, - məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, yardım paketinə “Patriot” və NASAMS zenit-raket kompleksləri üçün döyüş sursatları, HIMARS reaktiv yaylım atəşi sistemləri və tankları, həmçinin artilleriya mərmiləri və dron əleyhinə silahlar daxildir.

Xatırladaq ki, ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketini ayırlması barədə məlumatı daha əvvəl “Reuters” agentliyi adı açıqlanmayan rəsmilərə istinadən yayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO