ABŞ Qırğızıstan kriminal avtoritet Qamçı Qolbayevin cinayət təşkilatının ifşası barədə məlumat üçün 1 milyon dollar mükafat təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bişkekdəki Amerika səfirliyinin mətbuat xidməti məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da 5 günlük matəm elan edildi
Qeyd olunur ki, ABŞ respublikada və dünyada korrupsiya və təşkilati cinayətkarlıqla mübarizəni dəstəkləməyə davam edir.
Diplomatik nümayəndəliyin mətbuat xidməti bildirir ki, 2020-ci ildə Amerika Birləşmiş Ştatları Qırğızıstan Gömrük Xidməti rəhbərinin keçmiş müavini, korrupsiya və qeyri-qanuni gəlirlərin leqallaşdırılması ittihamı ilə nəzarətə alınmış Raimbek Matraimov da daxil olmaqla xarici dövlətlərin 41 korrupsionerinin adını açıqlayıb, onları və ailələrini Ştatlara giriş hüququndan məhrum edib.
Xatırladaq ki, 22 oktyabr 2020-ci ildə Qırğızıstan kriminal avtoriteti Qamçı Qolbayev Bişkekdə həbs edilib.
2012-ci ildə Amerika xüsusi xidmət orqanları Qolbayevi dünyanın ən böyük narkobaronları siyahısına daxil edib. (Qaynarinfo)
Bizim.Media