Rəsmi Kiyev Baxmutun işğalı barədə məlumatı təkzib etdi

Rəsmi Kiyev Baxmutun işğalı barədə məlumatı təkzib etdi

Hazırda oxunan: Rəsmi Kiyev Baxmutun işğalı barədə məlumatı təkzib etdi

128672

Rəsmi Kiyev Rusiya tərəfinin Baxmut şəhərini işğal etməsi barədə yaydığı məlumata aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak Telegram səhifəsində Baxmutun işğal olunduğunu təkzib edib. 

“Baxmut Ukraynadır. Reallıqda olmayan "qələbə” uyduranların saxtakarlığına sakit reaksiya verin”, - deyə Yermak yazıb.

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun spikeri Sergey Çerevatı isə açıqlamasında bildirib ki, Ukrayna ordusu Baxmutda müdafiəni davam etdirir. Rusiya ordusu şəhəri işğal etməkdən uzaqdır. O, döyüşlərin şəhər administrasiyası binasının yaxınlığında getdiyini deyib.
Qeyd edək ki, Rusiyanın “Vaqner” silahlı qrupun rəhbəri Yevgeni Priqojin Baxmut şəhərini hüquqi cəhətdən tutduqları barədə açıqlama verib. Bildirib ki, Baxmut şəhər Administrasiyasının binasından Rusiya bayrağını asmağa hazırlaşırlar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO