Londonda azərbaycanlı gənclərdən erməni səfirə SƏRT REAKSİYA - FOTO

Londonda azərbaycanlı gənclərdən erməni səfirə SƏRT REAKSİYA - FOTO

Hazırda oxunan: Londonda azərbaycanlı gənclərdən erməni səfirə SƏRT REAKSİYA - FOTO

128656

Londonun Queen Mary Universitetində (QMUL) təhsil alan erməni tələbələrin “Dağlıq Qarabağ: 2020 müharibəsindən sonra vəziyyət” mövzusunda təşkil etdikləri tədbirdə azərbaycanlı tələbələr və gənclər Ermənistanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Varujan Nersesyana sərt etiraz ediblər.

Bu barədə Bizim.Media-ya Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Britaniya Azərbaycanlı Gənclər Hərəkatının təsisçisi Qasım Qurbanov bildirib ki, səfir Varujan Nersesyanın, anti-Azərbaycan mövqeyi ilə tanınan baronessa Kerolayn Koksun, ingilis tarixçisi və konfliktoloqu Lourens Broyersin iştirakı ilə görüş təşkil ediləcəyindən bir həftə öncə xəbər tutublar.
Tələbələrimiz QMUL rəhbərliyinə rəsmi müraciət edərək, bir ay öncə mediada adı anti-islam yönümlü beynəlxalq təşkilatlardan rüşvət almaqda hallandırılan baronessa Koksun bu görüşdə iştirak etməsinin qeyri-mümkün olduğunu vurğulayıblar. Eyni zamanda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi olmadığı üçün tədbirin adının dəyişdirilməsini tələb edərək, informasiya balansının təmin olunması məqsədilə Azərbaycan səfirinin də görüşə dəvət olunmasını və dialoq aparılmasını təklif ediblər.

Onun sözlərinə görə, görüşdə 70-80 nəfərdən ibarət müxtəlif ölkələrin vətəndaşları, tələbələr, professor-müəllim heyəti və media mənsubları iştirak ediblər.

Öncə çıxış edən professor Lourens Broyer bu mövzuda guya tərəfsizliyini və qərəzsizliyini nümayiş etdirmək istəyib, amma “humanitar böhran” iddiasını dilə gətirməklə ermənipərəst olduğunu sübut edib.

Azərbaycanlı iştirakçıları görən Ermənistan səfiri “Artsax”, “Şuşi” kəlmələrindən istifadə etməkdən çəkinsə də, Dağlıq Qarabağın Azərbaycan ərazisində yerləşdiyini göstərən xəritədən istifadə etsə də, onun Qarabağ münaqişəsi, İkinci Qarabağ müharibəsi və Xankəndidə “humanitar böhran” barədə dezinformasiya xarakterli çıxışı azərbaycanlı tələbələrin etirazına səbəb olub.

Tədbirin sual-cavab hissəsində erməni moderatorun bütün cəhdlərinə baxmayaraq, Britaniya Azərbaycanlı Gənclər Hərəkatının təsisçisi erməni səfirinə 3 sual ünvanlaya bilib.
Erməni moderator gənc soydaşımızı növbədənkənar suallar verməkdə ittiham etmək istəyəndə gənc soydaşımızın “Siz haqsız olduğunuz üçün mənim suallarından qorxursunuz. Haqq sizin tərəfinizdə olsaydı, heç zaman məni susdurmağa cəhd göstərməzdiniz. Mən də mədəni şəkildə suallarımı ünvanlayar, səfiriniz də cavab verərdi. İndi siz haqqın səsini susdurmaq istəyirsiniz” cavabı ilə qarşılaşıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO