Monteneqroda keçirilən prezident seçkilərinin ikinci turunda sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç seçicilərin 60 faizinin səsini toplayaraq qalib olub.
Bizim.Media xəbər verir ki, Monteneqronun hazırkı Prezidenti Milo Cukanoviçin səs nisbəti isə 40 faizdir. Müşahidə və Tədqiqat Mərkəzinin (CEMI) açıqladığı nəticələrə görə, səslərin 98 faizi hesablanıb, seçkidə seçici fəallığı isə 70,6 faiz olub.
37 yaşlı Yakov Milatoviç seçki kampaniyasında ölkədə həyat səviyyəsinin yüksəldilməsinin və Avropa İttifaqı ilə münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, hazırkı Prezident Milo Cukanoviç səlahiyyət müddəti mayın 19-da başa çatır.
Bizim.Media