Netanyahudan terrorizmi dəstəkləyən rejimlərlə bağlı AÇIQLAMA

Netanyahudan terrorizmi dəstəkləyən rejimlərlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Netanyahudan terrorizmi dəstəkləyən rejimlərlə bağlı AÇIQLAMA

128547

Terrorizmi dəstəkləyən rejimlər onun əvəzini ağır ödəyir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

Baş nazirin sözlərinə görə, son aylar ərzində onlarla terrorçu məhv edilib.

“İsrail terrorizmin xarici sponsorlarına qarşı mübarizə də daxil olmaqla bütün cəbhələrdə terrorla mübarizəni davam etdirir və buna ölkədə məhkəmə islahatları ilə bağlı daxili siyasi mübahisə mane olmayacaq. Biz hər vasitə ilə terrora qarşı fəaliyyət göstəririk", - Baş nazir vurğulayıb.

Qeyd edək ki, martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb. 600 mindən çox insan küçələrə axışıb.

İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO