Bolqarıstanda parlament, Monteneqroda prezident seçkiləri keçiriləcək - FOTO

Bolqarıstanda parlament, Monteneqroda prezident seçkiləri keçiriləcək - FOTO

Hazırda oxunan: Bolqarıstanda parlament, Monteneqroda prezident seçkiləri keçiriləcək - FOTO

128491

Aprelin 2-də Bolqarıstanda növbədənkənar parlament seçkiləri, Monteneqroda isə prezident seçkilərinin ikinci turu baş tutacaq. 

Bizim.Media xəbər verir ki, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) Bolqarıstanda 13 minə yaxın seçki məntəqəsi açılacaq ki, burada təxminən 6,7 milyon insan yerli vaxtla saat 20:00-a qədər səs verə bilər.

Xaricdəki Bolqarıstan vətəndaşları üçün 61 ölkədə 737 seçki məntəqəsi işləyəcək.

49-cu çağırış Xalq Məclisində 240 yer uğrunda 14 siyasi partiya və 7 koalisiyanın nümayəndələri mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, birpalatalı parlamentin deputat mandatı uğrunda 4 566 nəfər mübarizə aparır. Seçkilərdə 207 beynəlxalq, 847 bolqar müşahidəçi çalışacaq.

Monteneqroda isə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Martın 19-da keçirilən prezident seçkilərinin birinci turunda ölkənin səkkizinci dövlət başçısı müəyyənləşməyib.

İkinci turda mübarizə ilk turda seçicilərin 35,3 faizinin səs verdiyi Sosialistlərin Demokrat Partiyasından olan hazırkı Prezident Milo Cukanoviçlə seçicilərin 29,2 faizinin dəstəyini qazanmış “Avropa indi” hərəkatının lideri Yakov Milatoviç arasında gedəcək.

M. Cukanoviç qərbyönümlü və avropamərkəzli kursun tərəfdarı olan siyasətçi kimi tanınır, yerli serblərin də dəstəklədiyi Milatoviç isə ölkəsini Serbiya və Rusiya ilə yaxınlaşdırmaqdan yanadır.

Qeyd edək ki, Dövlət Seçki Komissiyasının məlumatına görə, Monteneqroda 542 min 154 seçici qeydə alınıb. Səsvermənin birinci turunda seçici fəallığı 63,1 faiz təşkil edib.
Monteneqroda prezident beş ildən bir seçilir. Ölkədə sonuncu seçkilər 2018-ci ildə keçirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO