Zelenski FTX-yə 10 illik sanksiya tətbiq etdi

Zelenski FTX-yə 10 illik sanksiya tətbiq etdi

Hazırda oxunan: Zelenski FTX-yə 10 illik sanksiya tətbiq etdi

128463

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX), Federal Mühafizə Xidməti, eləcə də Federasiya Şurası və Rusiya Maliyyə Nazirliyinə qarşı on il müddətinə sanksiya tətbiq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə fərman Ukrayna Prezident Ofisinin saytında dərc olunub. 

Fərmana əsasən, sanksiyalar Rusiya Federasiyası Prezidentinin Xüsusi Proqramlar üzrə Baş İdarəsinə, Federal Maliyyə Monitorinqi Xidmətinə, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin Xüsusi Texnologiyalar üzrə Baş Mərkəzinə və Baş Qərargahın Baş Hesablama Mərkəzinə qoyulub.  
Bundan başqa, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dərin Sular Tədqiqatları Baş İdarəsi və Rusiya Müdafiə Nazirliyinin V.P. Çkalov adına Dövlət Uçuş-Sınaq Mərkəzi sanksiya siyahısına əlavə edilib. 

Həmçinin hüquqi şəxslər də “qara siyahı”ya salınıb və bunlara aktivlərin dondurulması, ticarət əməliyyatlarının dayandırılması, lisenziyaların ləğvi, ticarət müqavilələrinə, birgə layihə və proqramlara xitam verilməsi, texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsinə yasaq daxildir.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO