Tarixə keçən 1 Aprel ZARAFATLARI

Tarixə keçən 1 Aprel ZARAFATLARI

Hazırda oxunan: Tarixə keçən 1 Aprel ZARAFATLARI

128400

1 Aprel zarafatları mənşəyi bilinməyən çox qədim bir ənənədir. Yaşından və işindən asılı olmayaraq bir çox insan 1 Aprel münasibəti ilə bir-biri ilə zarafatlaşır, həqiqətə uyğun olmayan xəbərlər yayaraq əylənirlər. 

Bizim.Media Türkiyə mətbuatına istinadla 1 Aprel zarafatlarının tarixinə ekskursiya edir.

Uzun illərdir ki, “Zarafat günü” kimi tanınan 1 Aprelin necə yarandığı ilə bağlı müxtəlif mədəniyyətlərdə, inanclarda və dillərdə müxtəlif rəvayətlər mövcuddur. İlk dəfə qədim romalıların Hilari festivalında və hindlilərin Huli festivalında görülən zarafatların 1564-cü ildə Fransada hazırlanan təqvim tərtibatı ilə ənənə halını aldığı düşünülür.

Bəzi tarixçilər bu ənənəni insanların bir-birini aldatmaq üçün kostyum geyindiyi qədim Avropa yaz şənlikləri ilə əlaqələndirirlər. Bu ənənə bütün dünyaya yayıldıqca lətifələr öz təsir dairəsini artırmağa başladı. İllər keçdikcə zarafatlar daha da böyüyür.
Britaniyanın BBC telekanalının Panorama proqramı yaddaqalan zarafata imza atır. Proqram 1957-ci ildə isveçlilərin ağaclarda spagetti yetişdirdiyinə dair zarafatı ciddi xəbər kimi təqdim edir. Verilişin zarafat olduğunu anlamayan bir çox izləyicilər BBC-yə zəng edərək öz spagetti ağaclarını necə yetişdirə biləcəkləri barədə məlumat istəyirlər.

İsveç Dövlət Televiziyası texniki eksperti ekrana çıxarıb yeni texnologiya təqdim edir. Belə ki, televizorlarını neylon corabla örtən bütün isveçlilərin rəngli ekranı olacaqdı. Deyilənə görə, minlərlə isveçli atalarının televizora neylon corab keçirdiyini hələ də xatırlayır. 

Tarixdə qeydə alınan ilk 1 Aprel zarafatlarından birinin ünvanı da Londondur. Belə ki, 1698-ci ildə xəbər bülletenində London Qülləsində Aslan hamamı olduğu ilə bağlı məlumat gedir. Ertəsi gün bir çox insan "Şirlərin necə yuyulduğunu izləmək" üçün London Qülləsinə gəlir.

San Serriffe adlı ölkə (1977)

Britaniyanın “The Guardian” qəzeti Hind okeanındakı nöqtəli vergül şəkilli adalardan ibarət San Serrif adlı “uydurma” ölkəni tanıtmaq üçün 1977-ci ildə yeddi səhifəlik əlavə dərc edir. Əlavənin dərc edildiyi gün “The Guardian”ın telefonları susmaq bilmir. Oxucular cənnətə bənzər adalarda istirahət edə bilmək üçün daha çox məlumat istəyirlər. Xəbərin doğru olmadığını yalnız bir neçə oxucu başa düşür.

İnternetdə bahar təmizliyi (1997)

Dünyada yüz minlərlə insan 24 saatlıq yaz təmizliyi üçün martın 31-dən aprelin 2-dək internetin bağlanacağına dair e-poçt mesajları alır. İnterneti Yapon istehsalı olan sürünən robotlar (Toshiba ML-2274) təmizləyəcəkdi. 

Maradona Sovet Futbol Komandasına qoşulur (1988)

Sovet İttifaqının “İzvestiya” qəzeti dünyaca məşhur futbol ulduzu Dieqo Maradonanın Moskvanın “Spartak”ına keçmək üçün menecerlərlə görüşdüyünü yazır. Xəbərdə klubun Maradonaya 6 milyon dollar ödəyəcəyi yazılır. Associated Press (AP) “İzvestiya”nın zarafatına aldanır. Əsassız xəbəri bütün dünyaya yayan agentlik bir müddət sonra xəbəri geri götürməli olur. Agentlik bu xəbərə inanmağını belə izah edir: “Sovet qəzetlərinin Aprel zarafatı edəcəyini düşünmədik”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO