Azərbaycanlı iş adamının Türkiyədə dəhşətli QƏTLİ - DETALLAR - FOTO/VİDEO 

Azərbaycanlı iş adamının Türkiyədə dəhşətli QƏTLİ - DETALLAR - FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycanlı iş adamının Türkiyədə dəhşətli QƏTLİ - DETALLAR - FOTO/VİDEO 

128386

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Şamil Xalid öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

Məlumatlarda qeyd olunur ki, iş adamı Ş.Xalid şəriki Ahmet Dikbaş ilə mübahisədən sonra güllələnib. Hadisənin Ankarada baş verdiyi bildirilir.

Tütün məmulatlarının satışı ilə məşğul olan iş adamları arasında mübahisə olub. A.Dikbaş azərbaycanlı iş adamına atəş açıb. Yaralanan Xalid qaçıb və ərzaq mağazasına sığınıb. Lakin Dikbaş ona daha üç atəş açıb. Sonuncu güllələr Xalidin ürəyinə dəyib. 

Hadisə yerinə polis və təcili yardım gəlib. A.Dikbaş hüquq-mühafizə orqanlarına təslim olub. 

Azərbaycanlı iş adamı Ş.Xalid Ankara Etlik Şəhər Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO