Martın 31-də Tbilisidə bomba həyəcanlı yaşanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, hadisə paytaxtın mərkəzində yerləşən “Fabrika Tbilisi-Art Qalereya”da yaşanıb.
Belə ki, Gürcüstan Daxili İşlər Nazirliyinin “112” qaynar xəttinə zəng vuran naməlum şəxs art-qalereyada partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Mərkəzdə çalışan işçi personal, eləcə də qonaqlar və ziyarətçilər dərhal təxliyə olunublar.
Hazırda polis və istehkamçılar (minaaxtaranlar) hadisə yerindədirlər. Binanın yerləşdiyi ərazi əhatəyə alınıb və ora heç kim buraxılmır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:12 / 31.03.2023
Tbilisidə bu dəfə BOMBA HƏYƏCANI yaşandı
Hazırda oxunan: Tbilisidə bu dəfə BOMBA HƏYƏCANI yaşandı
Hazırda oxunan: Tbilisidə bu dəfə BOMBA HƏYƏCANI yaşandı
128318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.