Fransa parlamentində Azərbaycanla bağlı qətnamə

Fransa parlamentində Azərbaycanla bağlı qətnamə

Hazırda oxunan: Fransa parlamentində Azərbaycanla bağlı qətnamə

128093
Fransa Milli Assambleyasına "Sülhə və regional inkişafa kömək məqsədilə Fransanın Cənubi Qafqazda rolunun möhkəmlənməsinin vacibliyi" adlı qətnamə layihəsi təqdim edilib.

Sfera.az xəbər verir ki, sənədin müəllifləri Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri - deputatlar Jerom Lamber, Jan-Lük Reytzer, Andre Vilye, Mişel Vyale, Frederik Düma və Mjid El Gerabdır.

Qətnamə layihəsində Fransa hökumətinə Cənubi Qafqazda sülhün qorunmasındakı rolu və bu məqsədlə Azərbaycanla yaxından əməkdaşlıq etməsi üçün tövsiyələr yer alıb.

Sənəddə Azərbaycanın Cənubi Qafqaz regionunda stabilliyin və inkişafın təmin olunmasındakı aparıcı roluna toxunulub. (Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO