Sfera.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.
"Türkiyə olaraq biz üzərimizə düşəni etdik, ancaq Avropa tərəfindən təkliflərimizə cavab ala bilmədik”, - deyə Ərdoğan vurğulayıb.
O qeyd edib ki, Türkiyə yük olan ölkə deyil, yük alan bir ölkədir: "Bunu görəcəksiniz. Xüsusən də Avropanın miqrant axınına məruz qalmasının qarşısını almaqda göstərdiyimiz fədakarlıq əsla unudulmamalıdır...”.
Xatırladaq ki, Türkiyə 1963-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb, 1987-ci ildə ittifaqa üzv olmaq üçün müraciət edib. Lakin üzvlüyə dair danışıqlar yalnız 2005-ci ildə başlayıb, özü də fikir ayrılıqları üzündən dəfələrlə dayandırılıb. Müzakirə sənədinin 35 fəsildən 16-sı artıq açıqdır. Brüssel 2016-cı ilin martında, Türkiyənin Avropaya miqrant axınının azaldılmasına kömək etmək üçün razılıq verməsi müqabilində, danışıqları sürətləndirdi.