“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask, “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak və mindən çox mütəxəssis qabaqcıl süni intellektin (AI) inkişafını dayandırmağa çağıran açıq məktub imzalayıblar.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, məktubun mətnini “Həyatın Gələcəyi İnstitutu” (“Future of Life Institute”) dərc edib.
Məktub müəllifləri süni intellekt tərtibatçılarını ən azı altı ay müddətinə OpenAI-dən GPT-4-dən daha güclü sistemlərin təlimini dərhal dayandırmağa çağırıblar.
Məktubu imzalayan ekspertlər və sənaye liderləri hesab edirlər ki, ümumi təhlükəsizlik protokolları mövcud olana qədər təlim dayandırılmalıdır. Onların fikrincə, təlimi tez dayandırmaq mümkün deyilsə, o zaman hakimiyyət orqanları buna dərhal “müdaxilə edib moratorium qoymalıdır”.
Belə ki, iş adamlarının fikrincə, hətta “güclü rəqəmsal ağılların” yaradıcıları belə onları idarə edə bilmirlər və müasir süni intellekt sistemləri insanlarla rəqabət aparmağa başlayır:
“Özümüzə sual verməliyik: maşınların informasiya kanallarımızı təbliğat və yalanla doldurmasına icazə verməliyik? Məmnuniyyət gətirənlər də daxil olmaqla, bütün işləri avtomatlaşdırmalıyıq? Nəhayət sayca bizdən üstün ola biləcək, bizi üstələyən və bizi əvəz edə biləcək qeyri-insani zəkalar inkişaf etdirməliyikmi? Biz sivilizasiyamıza nəzarəti itirmək riskini almalıyıqmı?”
Məlumata görə, məktubu OpenAI-nin baş direktoru Sem Altman imzalamayıb.
Qeyd edilib ki, sözügedən məktub Kremldə də şərh edilib. Onlar bildiriblər ki, Rusiya süni intellektin inkişafı üzərində işləməyə davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:11 / 30.03.2023
“Tesla”və “Apple”ın sahibləri süni intellektlə bağlı ÇAĞIRIŞ ETDİLƏR: “Dayandırın”
Hazırda oxunan: “Tesla”və “Apple”ın sahibləri süni intellektlə bağlı ÇAĞIRIŞ ETDİLƏR: “Dayandırın”
Hazırda oxunan: “Tesla”və “Apple”ın sahibləri süni intellektlə bağlı ÇAĞIRIŞ ETDİLƏR: “Dayandırın”
127947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.