İsrailli nazir: “İran xərçəng şişi kimidir, hansı ölkəyə müdaxilə edirsə, oranı dağıdır”

İsrailli nazir: “İran xərçəng şişi kimidir, hansı ölkəyə müdaxilə edirsə, oranı dağıdır”

Hazırda oxunan: İsrailli nazir: “İran xərçəng şişi kimidir, hansı ölkəyə müdaxilə edirsə, oranı dağıdır”

127945

“İran öz qonşularını hədələyir. Bu, hətta yaxın qonşular, həmçinin Səudiyyə Ərəbistanı da ola bilər. Biz Səudiyyə Ərəbistanına hücumu xatırlayırıq. İran xərçəng şişi kimidir”. 

Bizim.Media APA-ya istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen deyib. 

İsrailli nazir qeyd edib ki, İran hansı ölkəyə müdaxilə edirsə oranı dağıdır:

“Baxın, Livanda nə baş verir. Bu, Hizbullah vasitəsilə edilir. Görün İran Suriyanı necə dağıtdı. Yəməndə, İraqda nələr törətdi. İran dünyada terror maliyyələşdirən bir nömrəli ölkədir”. 

Nazirin sözlərinə görə, regionun və dünyanın stabilliyi üçün hədəf, İranın nüvə silahına nail olmasına imkan verməməkdir. 

“Biz gözləyirik ki, daha çox ölkə bu hədəfə nail olmaq üçün bizə qoşulsun”, - deyə İsrailin XİN başçısı vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO