Türkiyənin yeni avtomobilini sifariş edənlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Türkiyənin yeni avtomobilini sifariş edənlərin sayı AÇIQLANDI

127794

"Togg T10X" modelinin ilkin sifariş prosesi başa çatıb. Elektriklə çalışan bu avtomobil üçün cəmi 177 467 nəfər əvvəlcədən sifariş verib. Bu gün püşkatma keçiriləcək. "Togg" "T10X"ə olan marağa görə vətəndaşlara təşəkkür edib. Mənbə lotereyanın bu gün şirkətin "Youtube" kanalında yayımlanacağını bildirib (youtube.com/@Togg).

Bizim.Media xəbər verir ki, "Togg" ilk etapda lotereya ilə 12 min avtomobil təslim etməyi planlaşdırsa da, böyük maraq səbəbiylə bu rəqəm 20 minə yüksəlib. Şirkət lotereya üçün 20 min nəfər, eləcə də 20 min istifadəçidən ibarət ehtiyat siyahı yaradacaq.

2023-cü il üçün nəzərdə tutulan çatdırılmalar ləğv olunduğu halda, ehtiyat siyahıda olan istifadəçilər aktivləşdiriləcək. Ancaq 2023-cü il tədarükü üçün ehtiyat siyahıdan əsas siyahıya keçə bilməyənlər, 2024-cü ilin yanvar ayından etibarən təyin olunacaq yeni paket və konfiqurasiya variantları ilə "T10X" sifariş verə biləcəklər.
Bu sifarişi verənlər 2024-cü ilin iyun ayına qədər heç bir tirajda iştirak etmədən avtomobillərini ala biləcəklər. Əsas və ehtiyat siyahıda olmayan istifadəçilərin əvvəlcədən ödəmələri onların hesablarına qaytarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO