Bu gün İsraildə Azərbaycan səfirliyinin AÇILIŞI OLACAQ

Hazırda oxunan: Bu gün İsraildə Azərbaycan səfirliyinin AÇILIŞI OLACAQ

127747

Bu gün Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olacaq.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin bir qrup deputatı və digər şəxslər iştirak edəcək.

Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.

Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.

Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO