Roma Papası Fransisk adından Türkiyəyə 10 min ədəd dərman göndərildi - FOTO

Hazırda oxunan: Roma Papası Fransisk adından Türkiyəyə 10 min ədəd dərman göndərildi - FOTO

127743

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk adından Türkiyədə dağıdıcı zəlzələlərdən zərərçəkmiş insanlar üçün 10 min ədəd dərman vasitəsi göndərilib.

Bizim.Media xəbər verir ki, dərman vasitələri Türkiyə səfirliyi ilə əməkdaşlıq çərçivəsində təyyarələrlə yola salınıb.

Bundan başqa, aprelin 30-dək İtaliyanın bütün kilsələrində Türkiyə və Suriyada zəlzələlərdən zərərçəkmiş insanlar üçün ianələr toplanacaq.

Vatikan tərəfindən daha əvvəl zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün 500 min avro vəsait ayrılıb, “Aurelia” adlı gəmi ilə Türkiyənin Hatay vilayətinin İsgəndərun limanına humanitar yardım göndərilib. Həmçinin İtaliya hökuməti və digər qeyri-hökumət təşkilatlarının təyyarə ilə göndərdiyi yardımlar arasında Müqəddəs Taxt-Tac adından 10 min termal geyim də olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO