Kiyevə İranın kamikadze dronları ilə HÜCUM: Dağıntılar var

Kiyevə İranın kamikadze dronları ilə HÜCUM: Dağıntılar var

Hazırda oxunan: Kiyevə İranın kamikadze dronları ilə HÜCUM: Dağıntılar var

127543

Martın 27-də axşam saatlarından başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə İran istehsalı olan kamikadze dronlarla hücum edib.

Bizim.Media xəbər verir ki, həyəcan siqnalı çalındıqdan sonra Kiyevdə silsilə partlayış səsləri eşidilib. Partlayış səsləri xüsusilə paytaxtın şimal hissəsində daha aydın eşidilib. Təxminən 5 güclü partlayış evlərin pəncərələrini sirkələyib.

Kiyev şəhər meri Vitali Kliçko partlayışları təsdiqləyib. O, paytaxtın Obolon və Svyatoşin rayonlarında partlayışların olduğunu söyləyib. Artıq Svyatoşin rayonunda partlayış nəticəsində binada yanğın başlayıb, hadisə yerində xilasetmə işləri aparılır. Hələ ki ölən və xəsarət alanlar haqqında məlumat verilmir.

Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnatın verdiyi məlumata görə, rus işğalçıları “Shahedlər”in köməyi ilə iki istiqamətdən Ukraynaya hücum ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO