“Guya bütün ermənilər daşnak ideologiyasını bölüşür. Yeri gəlmişkən, bu, doğru deyil. İnsanların böyük əksəriyyəti dənizdən-dənizə ideyası ilə yaşamır. Problem ondadır ki, bu ideologiyaya qarşı da heç kəs çıxmır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni fəal və bloger İşxan Verdyan yazıb.
“Belə təsəvvür yaranır ki, bir neçə yüz silahlı təxribatçı İrəvan küçələrində sakitcə faşizmi təbliğ edir, əhalinin qalan hissəsi və hüquq-mühafizə sistemi buna loyal münasibət bəsləyir. Nəticədə belə çıxır ki, guya bütün ölkə faşizmlə nəfəs alır.
Əminəm ki, Ermənistanda faşizmin təbliğatı qadağan olunan kimi, yəni dövlət dövlət kimi özünü göstərməyə başlayanda ölkədə çox şey dəyişəcək. Ölkənin ən əsas problemi isə əsasəsən budur: Paşinyan hökuməti problemlərə məhəl qoymur”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:08 / 26.03.2023
Bütün ermənilər daşnak ideologiyasını bölüşmür - İşxan Verdyan
Hazırda oxunan: Bütün ermənilər daşnak ideologiyasını bölüşmür - İşxan Verdyan
Hazırda oxunan: Bütün ermənilər daşnak ideologiyasını bölüşmür - İşxan Verdyan
127313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.